Göyçay rayonunda marketdə yanğın olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Hadisə yerinə Göyçay rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Həmin kəndin sakini, 40 yaşlı Bəhruz Bəylər oğlu Vəlibəyova məxsus 80 kvadratmetrlik mağazanın 45 kvadratmetrlik hissəsi yanıb. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi və marketin sahibinə nə qədər ziyan dəyməsi faktı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə