Ağcabədi rayonunda yanğın baş verib. FHN-dən SİA-ya verilən məlumata görə, rayonun Aran kəndində 109 ton ot bağlamasının 74 tonu və ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə