Hacıqabulda mikroavtobus aşıb, 2 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini Arzu Tanrıverdiyevin idarə etdiyi “Wolkswagen” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin – Gəncə sakini Tahir Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə