Bakıda maşın küçədə alovlandı

Bakı kənar dairəvi yolunda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 12:19 dəqiqədə hadisə yerinə çatıb (həmin vaxt avtomobil tamam açıq alovla yanıb).

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 12:21-də söndürülüb. Yanğın nəticəsində “Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə