Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosundan verilən məlumata görə, hadisə ötən gecə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyət oğlu yolu keçərkən minik avtomobili onu vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Qəza törədən sürücü hadisə yerindən yayınıb.

Hazırda polis həmin sürücünün müəyyən edilərək saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə