Ağcabədi rayonunda yanğın baş verib. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 190 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə