Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SIA-nın bölgə nüxbirinə verilən məlumata Şəmkir RPŞ-yə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, A.Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə