Salyanda yol qəzası: cütlük xəsarət aldı

Salyan rayonunda yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtombillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə