Ucar rayonunda yol qəzası baş verib. "Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı-Qazax yolunun 212 km-də - rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 54 yaşlı Əsgərov Ədalət Vahid oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan bacısı, 52 yaşlı Əsgərova Yeganə Vahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə