Neftçalada 3 tona yaxın çətənə kolu aşkarlandı

Neftçalada 3 tona yaxın çətənə kolu aşkarlanıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında 1-ci Mayak kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş çəkisi 2,9 ton olan 1642 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə