Bibisini öldürən şəxsə 19 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il azadlıqdan məhrum edilib. İttihama görə, ötən il Qubanın Slaboda qəsəbəsində qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq xüsusi amansızlıqla döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə