Şəmkirdə yol qəzası baş verib

Şəmkir rayonunda yol qəzası baş verib. "Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes-Benz" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində yaralananın olduğu bildirilir. Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə