Şəmkirdə yanğın: 2 uşaq xilas edilib

Şəmkir rayonunda ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb. Yanğın zamanı tüstüdən zəhərlənən iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə