İş adamı vertolyot qəzasında həyatını itirib

Dominikan Respublikasında vertolyot qəzası baş verib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, La Veqa şəhərindən havaya qalxan “Bell 206B JetRanger II” tipli vertolyot Puerto Plata Beynəlxalq Hava Limanına az qalmış Munoz şəhəri sərhədində qəzaya uğrayıb. Qəza nəticəsində vertolyotda olan iş adamı Heriberto Medrano və daha iki şəxs həyatını itirib.

Qəzadan dərhal sonra hadisə yerinə çatan xilasedicilər yanğını söndürüblər. Qəzanın səbəbi araşdırılır.

Yerli media Heriberto Medranonun ölkənin ən böyük holdinqlərindən olan “Medrano Qrup”un sahibi olduğunu və onun ölümünün ölkədə böyük üzüntüyə səbəb olduğunu yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...