Daşkəsəndə güclü külək, dolu və leysan ciddi fəsadlar törədib

Daşkəsən rayonu ərazisində 19 may 2019-cu il tarixdə saat 20:00 radələrində baş vermiş təbii fəlakət - dolu və leysan yağışla müşayiət olunan güclü qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən rayon, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə vəelektrik şəbəkəsinin çoxsaylı dirəklərini və naqillərini yararsız hala salıb, rabitə və yaşıllaşdırma təsərrüfatına ziyan dəyib. SİA-nın Gəncə bürosundan verilən məlumata görə, Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktorunun Daşkəsən Rayon İcra Hakimiyyətinə 58 nömrəli, 20.05.2019-cu il tarixli verdiyi arayışa əsasən rayon ərazisində 19.05.2019-cu il tarixdə saat 20:10 radələrindən başlayan küləyin maksimal sürəti 20-30 m/san olub.

Xəbərdə deyilir ki, təbii fəlakət nəticəsində Daşkəsən şəhər S.Vurğun küçəsi 17, Tofiq İsmayılov 13, Nizami küçəsi 16,19, 20 saylı Xətai 6 yaşayış binalarının dam örtüklərinə ziyan dəyib. Eyni zamanda rayonun qəsəbə və kəndlərindəki yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyib, dam örtükləri yararsız hala düşüb. Güclü külək Daşkəsən şəhərində xeyli sayda ağacı kökündən aşırıb. Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə komissiya tərəfindən müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunublar. Rayonun daxili imkanları hesabına dəymiş ziyanın aradan qaldırılması üçün bərpa işləri aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...