Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərləndi

Tovuz rayonunda bir ailənin 5 üzvü zəhərənib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Bozalqanlı kəndində qeydə aınıb.

Əliyevlər ailəsində baş verən hadisə zamanı 2010-cu il təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci il təvəllüdlü Həsən Rəşad oğlu Əliyev, 2 yaşlı Mehriban Rəşad qızı Əliyeva, 1985-ci il təvəllüdlü Rəşad Əliyev və Məlahət Vaqif qızı Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilib. Yaxınlarının sözlərinə görə zəhərlənən ailə üzvləri balıq yedikdən sonra səhətləri ağırlaşıb.

Faktla bağlı araşdırma aparılır.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə