Hacıqabulda yük avtomobili piyadanı vurub

Hacıqabulda yük avtomobili piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bölgəsinin müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAz” markalı yük avtomobili yolu keçən Navahi kənd sakini Vüsal Baxşıyevi vurub. Ağır xəsarət alan piyada kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə