Qayığın aşması nəticəsində 30 nəfər itkin düşüb

Uqandanın qərbindəki Albert gölündə qayığın aşması nəticəsində 2 nəfər ölüb, 30 insan itkin düşüb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, qayıqda olanlar yerli həvəskar futbol komandasının oyunçuları və azarkeşləri olub.

Hadisə şahidlərindən birinin ifadəsinə görə, qayıqda təxminən 50 nəfər şəxs olub. Onun fikrincə, qayıq ya çox yüklənmədən, ya da güclü külək nəticəsində meydana gələn hündür dalğalar səbəbindən aşıb.

Həlak olan iki şəxsin meyiti hadisədən qısa zaman sonra aşkarlanıb. Yerli əhali 20-yə yaxın insanı xilas edə bilib. Onları dərhal xəstəxanaya yerləşdiriblər.

Yerli polisin məlumatına görə ən azı 16 nəfər itkin düşüb, 32 nəfəri isə sağ olaraq sahilə çıxarmaq mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...