Meksikada 18 ədəd plastik torbada insan cəsədləri və hissələri aşkarlanıb

Meksikanın Xalisko ştatında 18 ədəd plastik torbada insan cəsədləri və hissələri aşkarlanıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın prokuroru Xerardo Solis məlumat verib.

Onun bildirdiyinə görə, bu dəhşətli hadisə Tlaxomulko şəhərinin rayonlarından birində hərbçilərin oğurlanmış insanların azad edilməsi məqsədilə həyata keçirdikləri əməliyyat zamanı aşkarlanıb. Belə ki, oğurlanmış şəxslərdən birinin girovluqdan qaçaraq hökumət qüvvələrinə xəbər verməsi bu qanlı hadisənin izinə düşməyə kömək edib.

Nəticədə 50 xüsusi təyinatlının həmin şəxsin göstərdiyi evdə həyara keçirdikləri əməliyyat zamanı oğurlanmış 3 şəxs azad edilib. Həmçinin, cinayətlarlarla atışma zamanı 3 quldur da ələ keçirilib.

Əməliyyat zamanı hərbçilər insan cəsədlərinin və hissələrinin doldurulduğu 18 plastik qutu ələ keçiriblər. Prokurorun sözlərinə görə, ələ keçirilən canilər prokurorluğa təhvil verilib və hazırda onların dindirilməsi prosesi gedir.

Xalisko ştatı artıq neçə vaxtdır ki, təşkil olunmuş cinayətlərin sayında üstün yerlərdən birini tutur.

Qeyd edək ki, narkoticarət cinayətlərində qətlə yetirilmə faktı üzrə 2018-ci ildə rekord göstərici qeydə alınıb – 33,34 min nəfər. 2017-ci ildə isə qətlə yetirilənlərin sayı 31,2 min nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə