Tovuzda qızıl-zinət əşyaları oğurlanıb

Tovuz rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin İsa Musayev küçəsi, ev 8 ünvanında qeydə alınıb.

Ev sahibi Sahib Çoban oğlu İmanovun bildirdiyinə görə, mənzildə kimsə olmayan zaman şəxs və ya şəxslər evə daxil olaraq, ümumilikdə, 5000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Məsələ ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə