"Utair" təyyarələrindən bir gündə iki məcburi eniş

Rusiyanın “Utair” aviaşirkətinə məxsus olan və Surqutdan Samaraya uçan “Boeing” sərnişin təyyarəsi geriyə - Surqut aeroportuna qəza enişi etməli olub.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə aviakompaniyanın mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: “Təyyarə texniki nasazlıq səbəbindən Surqut aeroportuna qayıdıb. Hal-hazırda təyyarə yanacaqla təmin olunur və qrafik üzrə uçuşa hazırlanır”.

“Utair” aviakompaniyasından bildirilib ki, sərnişinlər başqa təyyarəyə yerləşdirilib. Lakin “Boeing” təyyarəsinin geri qayıtması səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bu, bir gün ərzində “Utair” aviakompaniyasına məxsus təyyarələrdə baş vermiş ikinci hadisədir. Daha əvvəl günün birinci yarısında Milana uçan “Boeing 737-800” təyyarəsi çətinliklə qəza enişi etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə