"Dəmirçi Plaza"da tüstülənmə qeydə alınıb

"Dəmirçi Plaza”da yanğın təhlükəsi yaranıb. SİA-nın məlumatına görə, iş mərkəzinin zirzəmisində qısaqapanma olub. Nəticədə tüstülənmə meydana gəlib. Binadakı şəxslər təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə