Səmkirdə dəhşətli yol qəzası 3 ölü 10 yaralı

Şəmkir rayon ərazisində dəhşətli yol qəzası baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 20 EA 347 dövlət nömrə nişanlı “QAZel” markalı mikroavtobusla 57 CC 793 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobilinin toqquşması zamanı minik avtomobilinin sürücüsü Vidadi Gülməmmədov, sərnişinlər Sücaət Gülməmmədova və Ayxan Gülməmmədov hadisə yerində ölüblər, 10-a yaxın yaralı var.

Yaralıların bəziləri Səmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, bəziləri isə Gəncə səhərinə gətirilib. Hadisə Qaracəmilli avtomobil yolunda qeydə alınıb. Hazırda ərazidə aidiyəti qurumlar tərəfindən qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə