Əfqanıstanın şimalında Samangan əyalətində yerləşən kömür mədənində boğulma nəticəsində səkkiz nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları tərəfindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ötən gün baş verib. Mədənçilər işləyərkən zəhərli qazın daxilə sızması nəticəsində kömür yatağında çalışanlar zəhərlənib. Zərərçəkənlərin yaxınları hadisə ilə bağlı məlumatlandırılıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...