Şri-Lankada ölənlərin sayı 290 nəfər çatıb

Ötən gün Şri-Lankada baş verən partlayış nəticəsində ölənlərin sayı 290, yaralıların sayı isə 500 nəfərə çatıb. SİA-nın xaqrici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərin arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Hollandiya, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları var.

Qeyd edək ki, ötən gün Şri-Lankada Pasxa bayramı zamanı 8 partlayış hadisəsi baş verib. Baş verənlər yerli xristianlara yönəldilib. Artıq polis hadisədə şübhəli bilinən 24 nəfəri saxlayıb.

Şri-Lankanın prezidenti Maytripala Sirisena hadisənin araşdırılması üçün xüsusi komissiya yaradıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə