Qəbələdə ölümlə nəticələnən yol qəzası olub

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn "VAZ-2106" ilə toqquşub. Qəza nəticəsində "VAZ-2106"nın sərnişini dünyasını dəyişib. BMW-də isə Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...