67 yaşlı qadını küçədə it dişləyib

Mingəçevirdə qadını küçədə it dişləyib. Trend-in məlumatına görə, hadisə Mingəçevir şəhəri, Günəşli bağ massivində baş verib. Şəhər sakini, 1952-ci il təvəllüdlü Abdulkərimova Kifayət Qurbanəli qızı küçədə itin hücumuna məruz qalıb. Nəticədə qadın hər iki ayağının baldır nayihəsi və sol əlindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...