Sənaye müəssisəsindəki yanğında 17 nəfər xəsarət alıb

Rusiya Federasiyasının Tatarıstan Respublikasındakı “Nijnekamskneftkimya” müəssisəsində baş vermiş yanğında 17 nəfər xəsarət alıb.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, onlardan 4-nün vəziyyəti ağırdır.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğının kimya müəssisəsində baş verməsinə baxmayaraq, atmosfer üçün kimyəvi tullantı və partlayış təhlükəsi yoxdur. Həmçinin yanğın ocaqlarının tam nəzarətə götürüldüyü və söndürüldüyü haqda da məlumat verilib.

“Nijnekamskneftkimya” müəssisəsindən verilən xəbərə görə, yanğına səbəb qurğulardan birində aparılan təmir işləri zamanı meydana gələn qığılcım olub. Artıq işçi qrupu yaradılıb. Yanğının fəsadları aradan qaldırılır.

Yanğınla əlaqədar “əməyin mühafizəsi tələblərinin pozulması” maddəsi üzrə cinayət işi qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə