Bakının Suraxanı rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, Duzlu göl istiqamətində hərəkətdə olan "Ford tranzit" markalı avtomobil 1985-ci il təvəllüdlü Vahid Nuriyevi vurub.

Hadisəni törədən şəxs (adı-soyadı hələ ki, məlum deyil) yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Zərərçəkmiş hazırda döş qəfəsi və kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə