Bakıda sərxoş kişi 11-ci mərtəbədən yıxılaraq ölüb

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib. "Report" xəbər verir ki, sərxoş vəziyyətdə olan 1952-ci il təvəllüdlüFaiq Abdullayev 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 55 ünvanında yaşadığı binanın 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yerə yıxılıb. F.Abdullayev hadisə yerində keçinib.

Bütün xəbərlər Facebook səhifəmizdə