Xaçmazda maşın kanala düşdü: sürücü öldü

Xaçmazda minik maşını su kanalına düşüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb.

90 XL 783 dövlət nömrə nişanlı, “Lexsus” markalı avtomobil kanala düşüb. Qəza nəticəsində sürücü həyatını itirib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit sudan çıxarılıb. Ölənin şəxsiyyəti hələlik dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə