Dairəvi yolda aşan maşın tıxaca səbəb oldu

Bakıda səhər saatlarında iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

SİA-nın məlumatına görə, Bakı Dairəvi-1 yolunun şəhər istiqamətindəki zolağında "Mercedes" və "Renault" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Renault" yol kənarındakı su ötürücüsünə aşıb.

Qəzada ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hadisə səbəbindən yolda tıxac yaranıb, qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə