Güclü yağış 39 nəfərin ölümünə səbəb olub

Pakistan əyalətlərində yağan güclü yağış 39 nəfərin ölümü, 135 nəfərin yaralanması ilə nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl təkcə Karaçi şəhərində güclü yağış və qum fırtınası nəticəsində 25 bəfərin öldüyü açıqlanmışdı.

Məlumata görə, güclü yağış 80-dən çox evə ziyan vurub. Feysalabadda elektrik enerjisi kəsilib.

Qeyd edək ki, Pakistanda güclü fırtına bazar günü gecədən başlayıb. Güclü küləklər nəticəsində şəhərin bəzi yerlərində ağac və elektrik dirəklərini aşırdıb. Nəqliyyatı bərpa etmək üçü küçələrdə işlər davam edir. Sinoptiklərin məlumatına görə, ən çox ziyan İslamabad şəhərinə dəyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...