13 yaşlı yeniyetməni maşın vuraraq öldürüb

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub. "Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu, Ağdam rayonunda məskunlaşmış məcburi köçkün, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur. O, ağır vəziyytədə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə