Ticarət mərkəzinin zirzəmisində yanğınsöndürmə işləri davam edir

"Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir. SİA-nın məlumatına görə, ticarət mərkəzinin binasındakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnikası cəlb edilib.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə