Həmkəndlisinin itini öldürən şəxs tutuldu

Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri RPŞ-yə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd- müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə