Polislər silah və narkotik aşkarlayıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. SİA-ya DİN-dən verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən Füzuli rayon sakini T.Vəliyevin rayon ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd "RQD-5" markalı qumbara, 2 ədəd dürbün (binokl), 0,280 qram metamfetamin, 4 ədəd falqa, 508,961 qram marixuana, 40,658 qram çətənə kolu, elektron tərəzi və 19 ədəd şpris aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə