Gəncə şəhərində ata və oğlunu maşın vurub. "Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü İsgəndərov Ceyhun Tahir oğlu və onun 6 yaşlı oğluTunar İsgəndərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafidir.

Məlumata görə, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə