İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Sarxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli sakini -1979-cu il təvəllüdlü Qasımov Elnur Yusif oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Qarabağlı Cəsarət Yadigaroğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparıllr.

Bütün xəbərlər Facebook səhifəmizdə