Ukrayna polisi “Kalaşnikov” və “Makarov”dan imtina edəcək

422

Ukrayna polisi Rusiya istehsalı olan “Kalaşnikov” markalı avtomatlardan və “Makarov” tipli tapançalardan imtina edəcək. RİA "Novosti” xəbər verir ki, bunu Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev bildirib.

Onun sözlərinə görə, polisin Rusiyada hazırlanan mövcud silahları Avropa ölkələrinin istehsalı olanlarla əvəzlənəcək: “Bizim çox iddialı hədəfimiz var. Avtomat “Kalaşnikov”, “Makarov” və “TT” tipli tapançalardan 90 faiz imtina etməyi planlaşdırırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə