Goranboyda 2 yaşlı uşaq xəsarət alıb

Goranboy rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 2 yaşlı yerli sakin Zəhra Bəşirzadə yaşadığı evdə ehtiyatsızlıqdan içərisində qaynar su olan qabı üzərinə aşırıb.

Nəticədə yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən ona I və II dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə