8 tona yaxın balığı hökumət binasının önünə səpələdi VİDEO

Rusiyanın Uzaq Şərq federal dairəsinə daxil olan Kamçatka diyarının hökumət binasının önünə 8 tona yaxın balıq tullantısı səpələnib. SİA-nın “Kam-24”ə istinadən verdiyi xəbərə görə, hadisəyə balıq daşıyan yük maşını sürücüsünün arxa qapıları zəncirlə möhkəm bərkitməməsi səbəb olub.

Qeyd olunur ki, yol patrul xidmətinin əməkdaşları “Təhlükəsiz şəhər” sistemi vasitəsilə sürücünü taparaq saxlayıblar. Onun məsuliyyətə cəlb edilməsi üçün barəsində inzibati protokol hazırlanıb. Yükün daşınmasına cavabdeh olan şirkət isə 150 min rubl məbləğində cərimələnib. Şirkət həmçinin, yolu çirkləndirdiyinə görə səpələnən balıq tullantılarını təmizləməyi öz boynuna götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə