Təyyarə qəzası 2 təlimatçı pilot həlak olub

Yeni Zelandiyada yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 təcrübəli təlimatçı pilot həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Diamon DA42" təyyarəsinin yoxa çıxması barədə şənbə günü məlum olsa da, əlverişsiz hava şəraitinə görə təyayrəni yalnız bazar günü tapmaq mümkün olub. Təyyarə Taupo şəhəri yaxınlığında qəzaya uğrayıb.

Pilotların işlədiyi "Ardmore" yay məktəbində bildiriblər ki, hər iki kişi təcrübəli pilot olub və qəzanın səbəbi hazırda məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə