Azərbaycanlı aparıcının evindən 37 minlik soyğun olub

ATV-nin idman xəbərləri aparıcısı Vüsal Qurbanovun evinə oğru girib. SİA-nın məlumatına görə, bildirilir ki, oğrular Abşeron rayonunun Mehdiabad qəsəbəsində olan mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb.

Araşdırma davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə