Norveç sahillərində qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib VİDEO+FOTO

Norveç sahillərində qəzaya uğrayan "Viking Sky" gəmisindən 338 nəfər təxliyə edilib. SİA-nın "Verdens Gang"a istinadən verdiyi xəbərə görə, hadisə zamanı gəmidə 1373 nəfər olub. 262 nəfərini artıq təxliyə edib.

Qeyd edilir ki, insanları vertolyotların köməyi ilə təxliyə edirlər. Çünki ərazidəki əlverişsiz hava şəraiti - güclü külək və yırğalanma xilasetmə komandasına qayıqları endirməyə imkan vermir.

Bəzi sərnişinlər hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yerli xəstəxanalara yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə