Braziliyada bəndin uçması nəticəsində ölənlərin sayı açıqlandı

Braziliyanın Minas-Jerays ştatında bəndin uçması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ştatın mülki müdafiə qüvvələri məlumat yayıb. Hadisə zamanı 98 nəfər itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 25-də "Vale" şirkətinin metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə