Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, ümumi sahəsi 100 kvadratmetr olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...