Yasamal rayonunda baş verən yanğında 1 nəfər ölüb

Yasamal rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə ümumi sahəsi 20 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət tikilidə qeydə alınıb. Nəticədə tikilinin içərisində olan əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...