Zərdab rayonunda zəlzələ olub. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, ilkin vaxtlara əsasən saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda Zərdab ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...