Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib

Martın 13-də günorta saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsindəki evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 156 kvadratmetr olan mənzilin bir hissəsi yanıb. Yüksək temperaturdan mənzildəki iki kondisioner əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı iki nəfər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə